Bayso Soyutma Sistemleri
Bay-So Soyutma Sistemləri MMC
Şirkətimiz 1996-cı ildə “Kərəm Qrup” MMC adı ilə fəaliyyətə başlamışdır. Şirkət market, supermarket, kafe, restoran, şadlıq evlərinin, yeməkxanaların istənilən zövqə və tələbata uyğun avadanlıqlarla təchizatını həyata keçirir. Müxtəlif növ soyuducu və ticarət avadanlıqlarının istehsalı sahəsində uzun illər ərzində əvəzsiz təcrübə toplayan şirkət hal-hazırda “Bay-So Soyutma Sistemləri” MMC adı ilə fəaliyyətini davam etdirir. Müxtəlif model soyuducu vitrinlər, market avadanlıqları, peşəkar mətbəx avadanlıqlarının istehsalı ilə məşğuldur. Şirkət eyni zamanda özünün istehsal etdiyi poliüretan sendviç panellərdən böyük həcmli soyuducu anbarların quraşdırılmasını da həyata keçirir.
Azərbaycanın yaxın və uzaq şəhərlərində, rayonlarında, kəndlərində quraşdırdığımız marketlər, soyuducu kameralar indi də yüksək səviyyədə fəaliyyət göstərirlər.
“Bay-So Soyutma Sistemləri” MMC fəaliyyət sahəsində hörmətli və qalıcı firma olmaq üçün müştəriləri məmnuniyyətini əsas şərt hesab edir. Bunun üçün isə kəmiyyətlə yanaşı keyfiyyət də böyük rol oynayır.